Qüdsdə tramvay dayanacağında maşın bir ailəni vurandan sonra üç aylıq qız həlak olub, səkkiz nəfər xəsarət alıb. Qüdsdə tramvay dayanacağında maşın bir ailəni vurandan sonra üç aylıq qız həlak olub, səkkiz nəfər xəsarət alıb.

Tramvay dayanacağında 3 aylıq qız həlak oldu – Qüdsdə

Qüdsdə tramvay dayanacağında maşın bir ailəni vurandan sonra üç aylıq qız həlak olub, səkkiz nəfər xəsarət alıb.



AzNews.az xəbər verir ki, sürücü Şərqi Qüdsdən olan fələstinli olub. O, hadisə yerindən qaçmaq istəsə də polis tərəfindən güllələnib və hospitalda ölüb.
Rəsmilər hadisəni "terror aktı" kimi qiymətləndiriblər.

Alınan məlumata görə, həmin şəxs bundan əvvəl də "terrorizmə görə" İsraildə həbsdə saxlanılıb.

Yerli media bildirib ki, şübhəli şəxsin yeniyetmə qardaşı həbs edilib.
Qüdsün meri Nir Barkat Associated Press xəbər agentliyinə deyib ki, qız uşağı və onun valideynləri ABŞ vətəndaşları olub.

Şərqi Qüdsdə aylardır davam edən iğtişaş iyulda fələstinli yeniyetmə oğurlanıb yandırılaraq öldürüləndən sonra başlayıb.

Bundan iki gün əvvəl Qərb Sahilində iyunda oğurlanıb öldürülən üç israilli yeniyetmənin cəsədi aşkar olunub.