ABŞ-ın Suriyadakı hava zərbələri ilə son bir ayda 521 islamçı yaraqlı öldürülüb. ABŞ-ın Suriyadakı hava zərbələri ilə son bir ayda 521 islamçı yaraqlı öldürülüb.

Son bir ayda 521 islamçı yaraqlı öldürüldü

ABŞ-ın Suriyadakı hava zərbələri ilə son bir ayda 521 islamçı yaraqlı öldürülüb.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Suriya İnsan Haqları Müşahidəsi Qrupu yayıb.

Məlumatda deyilir ki, ölənlərin 462 nəfəri İslam Dövləti yaraqlısı, 57 nəfəri Əl-Qaida ilə bağlı əl-Nusra təşkilatının yaraqlısıdır.

Hava zərbələri ilə ölənlərin 32 nəfəri isə mülki şəxsdir.

Oktyabrın 22-də İraq Kürdüstanı regionunun parlamenti Suriyada kürdlərin yaşadığı Kobaniyə kürd peşmərgələrinin göndərilməsi haqda qərar verib.