Elsevər Ağayev: “Səhiyyə Nazirliyinin müvafiq icazəsi olmadan dərman reklamlarının telekanallarda yayımlanması qadağandır”. Elsevər Ağayev: “Səhiyyə Nazirliyinin müvafiq icazəsi olmadan dərman reklamlarının telekanallarda yayımlanması qadağandır”.

Dərmanların içlik vərəqələrinə dəyişikliklər ediləcək

Elsevər Ağayev: “Səhiyyə Nazirliyinin müvafiq icazəsi olmadan dərman reklamlarının telekanallarda yayımlanması qadağandır”.



Səhiyyə Nazirliyinin müvafiq icazəsi olmadan reklamın televiziya kanallarında yayımlanması qadağandır.

APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, əvvəllər dərman preparatlarının heç birinin reklamına icazə verilmirdi, ancaq "Reklam haqqında" qanuna düzəliş ediləndən sonra reseptsiz buraxılan dərman preparatlarının reklamına icazə verildi.

Onun sözlərinə görə, yalnız müvafiq icra hakimiyyəti orqanının, yəni Səhiyyə Nazirliyinin icazəsindən sonra dərmanların reklamına icazə verilir: "İndi reklamların aşağı hissəsindəki titrdə "Dərmanların əks-təsiri də var" yazısı qeyd olunur. Söz yox ki, istənilən dərmanın mənfi təsiri də var və buna görə də Səhiyyə Nazirliyi məcbur edir ki, reklam zamanı əks-təsirlər barədə məlumatlar titrlərdə getsin. Səhiyyə Nazirliyinin icazəsi olmadan dərman preparatları reklam edildikdə, Milli Televiziya və Radio Şurasına müraciət edirik ki, bunu edən kanallar barəsində müvafiq tədbirlər görsünlər. Yəni təkcə şirkətlər deyil, televiziya kanalları haqqında da tədbirlər görülməlidir. Çünki Səhiyyə Nazirliyinin müvafiq icazəsi olmadan reklamın televiziya kanallarında yayımlanması qadağandır".

E.Ağayev bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu tərəfindən aparılan monitorinqlər nəticəsində dərmanların içlik vərəqlərində aşkarlanan səhvlərə də aydınlıq gətirib. O qeyd edib ki, əvvəllər Azərbaycanda dərmanların içlik vərəqələri istənilən dildə yazılırdı: "Bu məsələ "Reklam haqqında" qanunda da öz əksini tapdı. "Əzcaçılıq haqqında" qanunda düzəliş ediləndən sonra artıq ötən ildən bütün şirkətlər məcbur edilir ki, dərman preparatlarının içliyi Azərbaycan dilində olsun. Nadir hallarda içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarına rast gəlinir. Səhiyyə Nazirliyi tərəfindən aparılan monitorinq zamanı da içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının satışına qadağa qoyulur. Bu qadağa həmin dərman preparatlarının içlik vərəqələrinin Azərbaycan dilinə tərcümə olunmasına qədər davam edir".

E.Ağayev əlavə edib ki, içlik vərəqələrinin dil üslubunda səhvlərə rast gəlinə bilər: "Səhiyyə Nazirliyində Dilçilik İnstitutunun əməkdaşları ilə görüşümüz olmuşdu. Səhiyyə Nazirliyində qeydiyyatdan keçməyən dərman preparatlarının içlik vərəqələrində səhvlər var idi. Amma nazirliyin təsdiq etdiyi içlik vərəqələri standart formaya gətirilib. Hazırda bunun da yığcam formasını fikirləşirik ki, bəzi içlik vərəqələri çox böyük həcmdədir. Burada istifadəçilər üçün artıq məlumatlar var. Düşünürük ki, həmin məlumatlar gələcəkdə içlik vərəqələrində olmasın. Çünki içlik vərəqələri təkcə xəstələr üçün deyil, bundan həkimlər də istifadə edirlər".