“Ermənistanın Avrasiya Birliyinə daxil olması prezident Sarkisyanın fikrincə, Ermənistana iqtisadi səmərə verəcək. Ölkə əhalisinin böyük əksəriyyəti isə hesab edir ki, bu, Ermənistanın həm də siyasi birliyə qoşulması deməkdir”. “Ermənistanın Avrasiya Birliyinə daxil olması prezident Sarkisyanın fikrincə, Ermənistana iqtisadi səmərə verəcək. Ölkə əhalisinin böyük əksəriyyəti isə hesab edir ki, bu, Ermənistanın həm də siyasi birliyə qoşulması deməkdir”.

“Ermənistan suverenliyini yavaş-yavaş itirir” – Erməni siyasətçiləri

“Ermənistanın Avrasiya Birliyinə daxil olması prezident Sarkisyanın fikrincə, Ermənistana iqtisadi səmərə verəcək. Ölkə əhalisinin böyük əksəriyyəti isə hesab edir ki, bu, Ermənistanın həm də siyasi birliyə qoşulması deməkdir”.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Hərb və Sülh İnstitutu yayıb.
"Çiçəklənən Ermənistan" partiyasının sözçüsü Tiqran Urikxanyan bildirib ki, Ermənistanın nə seçmək imkanı, nə də alternativ yolu olub.

Onun fikrincə, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasından nə qazanacağı aydın deyil. İrəvandakı Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarkisyan deyib ki, Avrasiya Birliyi siyasi layihədir: "Burda üzvlük - Ermənistanın öz suverenliyini tədricən Rusiyaya verməsi prosesində son mərhələdir. Avrasiya İqtisadi Birliyi Rusiyanın keçmiş sovet məkanında geosiyasi mexanizmidir. Ermənistanın Rusiyaya yaxınlaşması 1991-ci ildə müstəqillik qazanan kimi başlanıb. O vaxt Ermənistan rəhbərliyi deyirdi ki, Ermənistanda Rusiya qoşunlarının olması Ermənistanın marağındadır. Ermənistanın o vaxtdan bəri olan 3 prezidentinin hamısı belə addımlar artıb. Təəssüf ki, Ermənistan özünün Rusiyaya münasibətdə peşəkar siyasətini hələ müəyyən etməlidir".

Ekspert onu da əlavə edib ki, Rusiyanın bir dövlət kimi problemi bütün dünya ilə qarşıdurmasıdır. Rusiyanın aqressiv davranışı həyəcan siqnalıdır.

Keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan vurğulayıb ki, Rusiya indi təcrid olunub, onun Qərblə konstruktiv dialoqa getməsinə ümid də yoxdur və belə bir vaxtda Ermənistan sanskiyalar altında olan birliyə gedir.