"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk qələbəsini qazandı. "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk qələbəsini qazandı.

“Qarabağ”dan möhtəşəm qələbə - VİDEO

"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk qələbəsini qazandı.



Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk qələbəsini qazandı.

Komandamız səfərdə "Dnepr"i 0:1 hesabı ilə məğlub edib. Bu qələbə "Qarabağ"ı Azərbaycanın futbol tarixinə növbəti dəfə yazdı. Avropa Liqasının qrup mərhələlərində indiyədək heç bir Azərbaycan klubu qələbə qazana bilməmişdi. Bu qələbənin həm də səfərdə qazanıldığını nəzərə alsaq, onun əhəmiyyəti daha da artır.

AzNews.az-ın stadionda olan əməkdaşının verdiyi xəbərə görə, qolu komandamızın legioneri Muarem Muarem vurub.

Qeyd edək ki, görüş Kiyevdə keçirildiyindən "Dnepr"in azarkeşləri azlıq təşkil edir. "Qarabağ"a isə 500 azarkeş dəstək verirdi. Komandamızı bu möhtəşəm qələbə münasibəti ilə təbrik edirik.

DNEPR: Denis Boyko, Ondrjey Mazux, Duqlas, İvan Striniç, Artyom Fedetski, Sergey Kravçenko, Brunu Qama, Yevgeni Şaxov, Ruslan Rotan (k), Nikola Kaliniç, Yevgeni Konoplyanka

Ehtiyat oyunçular: Yan Laştuvka, Valeri Luçkeviç, Yevgeni Çeberyaçko, Aleksandr Miqunov, Caba Kankava, Mladen Bartuloviç, Yevgeni Seleznyov

QARABAĞ: İbrahim Şehiç, Ansi Aqolli, Bədavi Hüseynov, Namiq Yusifov, Rəşad Sadıqov (k), Maksim Medvedev, Riçard Almeyda, Qara Qarayev , Muarem Muarem, Reynaldo, Vüqar Nadirov

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Tərlan Quliyev, Admir Teli , İlqar Qurbanov, Cavid Tağıyev, Hacı Əhmədov, Namiq Ələsgərov.



AzNews.az