“Gələn il Azərbaycan paytaxtında Səhiyyə Mərkəzi yaradılacaq”. “Gələn il Azərbaycan paytaxtında Səhiyyə Mərkəzi yaradılacaq”.

Gələn il Bakıda Səhiyyə Mərkəzi yaradılacaq

“Gələn il Azərbaycan paytaxtında Səhiyyə Mərkəzi yaradılacaq”.



Bu barədə AzNews.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev məlumat verib.

O bildirib ki, Böyük Bakının Regional İnkişaf Planında Heydər Əliyev prospektindən Koroğlu metro stansiyası istiqamətində Səhiyyə Mərkəzinin yaradılması nəzərdə tutulur.
C.Qocayev onu da qeyd edib ki, Böyük Bakının Regional İnkişaf Planında paytaxtda Mərkəzi Biznes rayonunun, Binəqədi və Sabunçuda alt-mərkəzlərin, Sumqayıt və Ələtdə urbanizasiya mərkəzlərinin, Lökbatan, Zığ, Səngəçal, Müşviqabad-28May, Novxanı, Maştağa, Şüvəlan, Türkan və Hövsanda lokal mərkəzlərin yaradılması da nəzərdə tutulur.

Komitə sözçüsü Baş Planın təsdiqlənəcəyi halda Ələtdə dairəvi yolun və məhdudlaşdırıcı zolağın salınacağını da vurğulayıb.

Gültəkin ƏLƏSGƏR
AzNews.az