Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq. Tamaşada Məşədi İbad obrazını Əməkdar artist Şövqi Hüseynov canlandıracaq. Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq. Tamaşada Məşədi İbad obrazını Əməkdar artist Şövqi Hüseynov canlandıracaq.

Müasir “Məşədi İbad”ın kimliyi bəlli oldu

Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq. Tamaşada Məşədi İbad obrazını Əməkdar artist Şövqi Hüseynov canlandıracaq.



Ş.Hüseynov AzNews.az-a açıqlamasında bildirib ki, onu baş rola Musiqili Teatrın direktoru Əliqismət Lalayev dəvət edib: "İndiyənə qədər Məşədi İbadı Mirzağa Əliyev, Əliağa Ağayev, Lütvəli Abbdullayev, Hacıbaba Bağırov kimi görkəmli sənətkarlarımız oynayıblar. Onların misilsiz ifaları sayəsində tamaşaçılarımızda bir klassik Məşədi İbad obrazı formalaşıb. Bunlardan sonra bu obrazı canlandırmaq hər bir aktyordan böyük məsuliyyət tələb edir. Teatrın direktoru Əliqismət Lalayev məni bu rola dəvət edəndə hansı yükün altına girdiyimi anlayırdım. Mənim oynadığım Məşədi İbad klassik deyil, tamamilə yeni, fərqli bir obraz olacaq. O, çirkin, kifir, yekəqarın, qoca deyil. Gülnaza görə yaşlı olsa da, pəhriz saxlayan, tacir, orta yaşlarında bir kişidi. Mən bu rol üçün saçımı qırxdırmışam və pariksiz cavan Məşədi İbadı oynayacağam. Mənə elə gəlir ki, klassik obrazdan çıxmağı, təsəvvür etdiyim Məşədi İbadı oynamağı bacarmışam".

Qeyd edək ki, tamaşanın premyerası oktyabrın 26-da olacaq.



Bahar
AzNews.az