Dünən axşam Ukraynanın paytaxtı kiyevdə keçirilən “Qarabağ”-“Dnepr” oyunundan sonra azarkeşlər arasında insident yaşanıb. Dünən axşam Ukraynanın paytaxtı kiyevdə keçirilən “Qarabağ”-“Dnepr” oyunundan sonra azarkeşlər arasında insident yaşanıb.

“Dnepr” - “Qarabağ” oyunundan sonra insident yaşandı

Dünən axşam Ukraynanın paytaxtı kiyevdə keçirilən “Qarabağ”-“Dnepr” oyunundan sonra azarkeşlər arasında insident yaşanıb.



Məğlubiyyətlərini həzm edə bilməyən bir qrup ukraynalı azarkeş stadionda olan həmyerlilərimizə hücum edib.

AzNews.az-ın Kiyevdə olan əməkdaşı xəbər verir ki, 3 azərbaycanlı tələbə - azarkeş 7 ukraynalı gənc tərəfindən döyülüb.

Hadisə "Olimpiks" stadionunun yaxınlığında baş verib. Belə ki, azərbaycanlı azarkeşlər işıqforu keçərkən ukraynalı gənclər tərəfindən arxadan təhqir olunub və vurulublar.

Gənclər arasında baş verən əlbəyaxa zamanı azərbaycanlı gənclərdən biri yüngül zədə alıb. Sonra gənclər polisə xəbər vermək üçün stadiona geri qayıdıblar. Bu zaman stadionu tərk edən Jurnalistlərin "Qarabağ"a Dəstək Qrupunun üzvləri ilə qarşılaşıblar. Jurnalistlər hadisə yerinə gələnədək ukraynalı gənclər oradan uzaqlaşıblar.

Qeyd edək ki, hadisə baş verən zaman və ondan sonra da ərazidə heç bir polis əməkdaşı gözə dəyməyib. Stadionun giriş qapılarının birinin təhlükəsizlik xidmətinin əməkdaşı isə baş verən insidenti soyuqqanlıqla müşahidə edib.

Azərbaycan jurnalistlərinin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən maliyyələşdirilib.