Suriyada koalisiya qüvvələrinin “İslam Dövləti”nə (İD) hava hücumları nəticəsində 553 adam öldürülüb. Suriyada koalisiya qüvvələrinin “İslam Dövləti”nə (İD) hava hücumları nəticəsində 553 adam öldürülüb.

Suriyada öldürülən İD yaraqlılarının sayı açıqlandı

Suriyada koalisiya qüvvələrinin “İslam Dövləti”nə (İD) hava hücumları nəticəsində 553 adam öldürülüb.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Syrian Observatory for Human Rights" (SOHR) qrupu yayıb.

Məlumatda deyilir ki, ABŞ və müttəfiq ölkələrin hava zərbələri nəticəsində 464 İD döyüşçüsü, 57 silahlı və 32 nəfər mülki öldürülüb.

Bu arada ABŞ qüvvələri mühasirədə olan Kobani şəhəri ətrafındakı İD mövqələrinə əlavə hava zərbələri endiriblər.

Kobanidəki kürdlər şəhərdən 4 kilometr qərbə doğru yerləşən strateji əhəmiyyətə malik təpənin yenidən İD nəzarəti altına keçdiyini deyiblər.

Kürd mənbələrinə əsasən İD döyüşçüləri şəhərin mərkəzinə doğru irəliməmək üçün həmlələrini gücləndiriblər. Xəbərlərə görə kürdlərin mövqeləri ağır silahlardan atəşə tutulur.

Şəhərə əlavə İD döyüşçülərinin gətirildiyini deyilir. Döyüşlər cümə axşamı bir müddət davam edən nisbi sakitlikdən sonra yenidən şiddətlənib.

ABŞ rəsmiləri son günlər Suriyada 6, İraqda isə 9 hava həmləsinin gerçəkləşdirildiyini bildirib.