Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (ATM) bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədilə “Dəf(i)nə yarpağı” adlı bədii tərcümə mükafatı təsis edib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (ATM) bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədilə “Dəf(i)nə yarpağı” adlı bədii tərcümə mükafatı təsis edib.

Bədii tərcüməçilərə şad xəbər

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (ATM) bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədilə “Dəf(i)nə yarpağı” adlı bədii tərcümə mükafatı təsis edib.



AzNews.az xəbər verir ki, bu haqda məlumat ATM-dən verilib.

Məlumatda deyilir ki, müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Tərcümə əsərlərinin qəbul müddəti bu ilin oktyabrın 24-dən dekabrın 20-dək müəyyən edilib. Qaliblərin adı 2015-ci ilin mart ayının sonlarında keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.

Müsabiqəyə nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir. Hər nominasiya üzrə mükafat bir müəllifə və bir əsərə təqdim ediləcək.
Qalib əsərlərin seçimi iki mərhələ üzrə aparılacaq. Ekspertlərin və mükafat komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılacaq.
Qaliblərə diplom və pul mükafatı təqdim ediləcək.

Müsabiqəyə qatılmaq istəyənlər əsərlərini press@aztc.gov.az elektron ünvanına göndərə bilərlər.

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı ATM-nın aztc.gov.az saytından oxuya bilərlər.


AzNews.az