“Dərslik yaradıcılığı və nəşri sahəsində gedən prosesləri, dərsliklərin tədrisi zamanı ortaya çıxan problemləri və onların həlli yollarını müəyyənləşdirmək məqsədilə həyata keçirilən tədbirlər müsbət nəticələr verməkdədir. Artıq dərsliklərin hazırlanması üzrə tender bir il əvvəl elan edilir”. “Dərslik yaradıcılığı və nəşri sahəsində gedən prosesləri, dərsliklərin tədrisi zamanı ortaya çıxan problemləri və onların həlli yollarını müəyyənləşdirmək məqsədilə həyata keçirilən tədbirlər müsbət nəticələr verməkdədir. Artıq dərsliklərin hazırlanması üzrə tender bir il əvvəl elan edilir”.

Dərsliklərlə bağlı həyata keçiriləcək yeniliklər açıqlandı

“Dərslik yaradıcılığı və nəşri sahəsində gedən prosesləri, dərsliklərin tədrisi zamanı ortaya çıxan problemləri və onların həlli yollarını müəyyənləşdirmək məqsədilə həyata keçirilən tədbirlər müsbət nəticələr verməkdədir. Artıq dərsliklərin hazırlanması üzrə tender bir il əvvəl elan edilir”.



AzNews.az-ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə müsahibəsində bildirib. O deyib ki, bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar və təkmilləşdirilmiş nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.

Növbəti dərs ili üzrə VIII sinif dərsliklərinin hazırlanması ilə əlaqədar tender bu il elan edilib. Tender proseduru üzrə təqdim edilən dərslik maketləri noyabr-dekabr aylarında qiymətləndiriləcək. Qalib elan olunan dərsliklər məhdud sayda çap edilərək 2015-ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alınaraq çap ediləcək, dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaq.

Növbəti tədris ili üzrə, həmçinin IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklərdən 2016-2017-ci dərs ilində istifadə olunacaq.

Təhsil Nazirliyi tərəfindən təhsil alanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaq məqsədilə elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə verilib. Hazırda VI sinif üzrə 10 dərslik elektron formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib. Bu ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə 5 dərslik də elektron formatda istifadəçilərə təqdim olunacaq. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artıracaq. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və ya planşetlərə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanacaqlar.