Ötən gün xalq artist Zülfiyyə Xanbabayevanın Kəlbəcər girovlarına azadlıq tələbilə keçirilən kampaniyaya qoşulmasının ardınca digər müğənnilər də həmkarlarını kampaniyaya dəstək olmağa çağırıblar. Ötən gün xalq artist Zülfiyyə Xanbabayevanın Kəlbəcər girovlarına azadlıq tələbilə keçirilən kampaniyaya qoşulmasının ardınca digər müğənnilər də həmkarlarını kampaniyaya dəstək olmağa çağırıblar.

Sənət adamlarından Kəlbəcər girovlarına dəstək

Ötən gün xalq artist Zülfiyyə Xanbabayevanın Kəlbəcər girovlarına azadlıq tələbilə keçirilən kampaniyaya qoşulmasının ardınca digər müğənnilər də həmkarlarını kampaniyaya dəstək olmağa çağırıblar.



Müğənnilər bu barədə öz İnstagram səhifələrində yazaraq Kəlbəcər girovlarına azadlıq tələb ediblər.

AzNews.az xəbər verir ki, şoumen Murad Dadaşov öz İnstagram səhifəsində



#SaveAzeHostages #GirovlarimiziAzadEt #CпасемAzeЗаложников
#SauverLesOtagesAze #Փրկենքադրգերիներին linkini paylaşıb.


"Muğam star" layihəsinin qaliblərindən biri, muğam ifaçısı Babək Niftəliyev Facebook sosial şəbəkəsində , eləcə də özünü İstagram səhifəsində hər kəsi bu kampaniyaya qoşulmağa çağırıb.



"Əziz dostlarım, bu fotonu hər kəs paylaşsın. Kimin kişiliyi, insafı, qeyrəti varsa. Əgər varsa, paylaşacaqsız. Çünki bu insanlar neçə illərdir ki, işğal altında olan torpağımız Kəlbəcəri ziyarət edib dədə-baba ocaqlarını ziyarət edib-gəlirdilər. Heç ermənilərin xəbəri olmadan. Həsən Həsənov rəhmətə getdi. Allah rəhmət eləsin. Ancaq Dilqəmlə, Şahbaz əsirlikdədi. Düşmənlərimizin əlindədi. Allah onlara kömək olsun. Amin", - deyə muğam ifaçısı özünün Facebook səhifəsində yazıb.

Xatirə İslam da Kəlbəcər girovlarına İstagram səhifəsində dəstək olub.



Müğənni sosial şəbəkədə "Allahım özü yox yerdən qapı açsın" yazaraq Şahbaz Quliyev, Dilgəm Əsgərovun girovluqdan azad edilməsinə dəstək olub.

Gültəkin ƏLƏSGƏR
AzNews.az