Oktyabrın 24-də Nəsimi rayon Məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin vəziyyəti qəfil pisləşib. Oktyabrın 24-də Nəsimi rayon Məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin vəziyyəti qəfil pisləşib.

İntiqam Əliyevin məhkəmədə halı pisləşdi

Oktyabrın 24-də Nəsimi rayon Məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin vəziyyəti qəfil pisləşib.



AzNews.az xəbər verir ki, bu barədə onun oğlu Nəcmin Kamil öz Facebook səhifəsində yazıb.

Bu informasiyanı onun vəkili Cavad Cavadlı da təsdiq edib:

"İntiqam Əliyevin səhhəti qəfildən korlanıb, özündən getmə həddinə çatıb. Buna səbəb onun hava çatışmazlığı olan 8-9 nəfərdən ibarət konvoy maşınında məhkəməyə gətirilməsidir. Onun sağ ayağı tutulub", - deyə Cavad Cavadlı bildirib.

Qeyd edək ki, İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib. Bu gün isə onun həbs müddəti 3 ay uzadılıb.


AzNews.az