Bakıda bomjluq edən Avropa çempionu Rövşən Kazımov dünyasını dəyişib. Bakıda bomjluq edən Avropa çempionu Rövşən Kazımov dünyasını dəyişib.

“Bomj“ çempion öldü

Bakıda bomjluq edən Avropa çempionu Rövşən Kazımov dünyasını dəyişib.



AzVision.az xəbər verir ki, Rövşən Kazımov dünən Təcili Tibbi Yardım tərəfindən Bakının Keşlə qəsəbəsində yerləşən 32 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb.

Xəstəxanada kişi `bomjlar` üçün yer olmadığından, R.Kazımov 7 saylı Şəhər xəstəxanasına aparılıb.

Lakin aşağı ətrafların travmasından əziyyət çəkən Rövşən Kazımov xəstəxanada keçinib.

Rövşən Kazımovun meyiti Sabunçuda yerləşən 3 saylı Sabunçu Klinik xəstəxanasının `Məhkəmə Tibbi Ekzpertiza və Pataloji Anatomiya Birliyi`nə aparılıb.

AzVison.az-ın əməkdaşları bununla bağlı həmin xəstəxanada olublar. Meyitin həmin şəxsə aid olduğu xəstəxanadan təsdiqlənib. Bu barədə Rövşən Kazımovun yaxınlarına məlumat verilib.