Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olan daha 2 nəfər bu günlərdə Avropaya köçüb. Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olan daha 2 nəfər bu günlərdə Avropaya köçüb.

Daha iki jurnalist Azərbaycanı tərk etdi

Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olan daha 2 nəfər bu günlərdə Avropaya köçüb.



Modern.az saytının xəbərinə görə, bunlardan biri "Bizim yol" qəzetinin əməkdaşı İdrak Abbasovdur. O, həm də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşıdır. İ.Abbasovun iş yoldaşları onun "Bizim yol"dan getdiyini təsdiqləsələr də, hazırda Avropa ölkələrindən birində olan jurnalistin dəqiq yerini açıqlaya bilməyiblər.

Avropaya köçən digər jurnalist bir müddət öncə bağlanan "Ayna-Zerkalo" qəzetinin əməkdaşı, eyni zamanda "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinlidir. Dostları onun da Avropa ölkələrindən birinə getdiyini söyləyiblər.

Qeyd edək ki, dünən "Azadlıq" radiosunun Bakı bürosunun iki əməkdaşı – Abbas Atilay və Maarif Çingizoğlunun da Avropaya köçdüyü barədə xəbər vermişdik.