“MTV Russia” telekanalının versiyasına görə Nyuşa Rusiyanın ən yaxşı müğənnisi seçilib. “MTV Russia” telekanalının versiyasına görə Nyuşa Rusiyanın ən yaxşı müğənnisi seçilib.

Rusiyanın ən yaxşı müğənnisinin adı açıqlandı

“MTV Russia” telekanalının versiyasına görə Nyuşa Rusiyanın ən yaxşı müğənnisi seçilib.



AzNews.az xəbər verir ki, dünən keçirilən təqdimat mərasimində Nyuşa ən çox səs toplayaraq "Rusiyanın ən yaxşı müğənnisi" nominasiyasını qazanıb.

Nyuşa özünə rəqib olan 4 namizəddən öndə olmağı bacarıb. "Kasta" və "Serebro" qrupları, müğənni Byanka və musiqiçi Noize Mc Nyuşaya uduzub. Hazırda Nyuşa noyabr ayının 9-da Qlazqo şəhərinin SSE Nydro arenasında "MTV Europe Music Award"ın keçirəcəyi mərasimdə "Şərqi Avropanın ən yaxşı müğənnisi" nominasiyası uğrunda mübarizə aparacaq.

Nyuşa sevincli anları haqda sosial şəbəkədə bunları yazıb: "Mən çox xoşbəxtəm. İndi MTV-nin ən yaxşı müğənnisi olmağa çalışacağam. Hamıya minnətdarlıq edirəm. Sizi hədsiz dərəcədə sevirəm".