Son günlər Türkiyədə baş verən hadisələr cəmiyyyətdə geniş müzakirə olunur. İŞİD təhlükəsi, kürdlərin kompakt yaşadığı yerlərdə etiraz aksiyalarının başlanması və bu aksiyalarda insan tələfatlarının olması vəziyyətin ciddiliyindən xəbər verir. Son günlər Türkiyədə baş verən hadisələr cəmiyyyətdə geniş müzakirə olunur. İŞİD təhlükəsi, kürdlərin kompakt yaşadığı yerlərdə etiraz aksiyalarının başlanması və bu aksiyalarda insan tələfatlarının olması vəziyyətin ciddiliyindən xəbər verir.

“Ərdoğan Əsədə qarşı münasibətini dəyişəcək”

Son günlər Türkiyədə baş verən hadisələr cəmiyyyətdə geniş müzakirə olunur. İŞİD təhlükəsi, kürdlərin kompakt yaşadığı yerlərdə etiraz aksiyalarının başlanması və bu aksiyalarda insan tələfatlarının olması vəziyyətin ciddiliyindən xəbər verir.



Politoloq Adıgözəl Məmmədov Türkiyədə baş verən son durumlarla bağlı AzNews.az-a açıqlama verib.

Adıgözəl Məmmədovun sözlərinə görə, azərbaycanlı politoloqlar Türkiyədəki hadisələrə qərəzli şərhlər verirlər:
"Politoloqlarımız partiyalarımızın geopolitik mövqeyindən çıxış edərək Türkiyədə baş verən hadisələrə qərəzli şərhlər verirlər. Onlar orada baş verən hadisələr barədə qərəzli fikir formalaşdırırlar. Bu ya bilərəkdən həyata keçirilir, ya da ki, bunların naşılığından olan hadisədir. Hazırda regionda yeni proseslər gedir. ABŞ-ın istefada olan polkovniki Peters Yaxın Şərqin yenidən qurulması ilə bağlı Amerikanın planını əks etdirən xəritəni mətbuata ötürüb. Bu prosesdə Böyük Britaniyanın da maraqları nəzərə alınmışdı. Yaxın Şərqdə olan ərəb dövlətlərinin sərhədləri bir qələmlə çəkilərək müəyyən olunub. Bütün bunlar Osmanlı coğrafiyasının Asiya hissəsini bölüşdürmək üçün həyata keçirilib. Petersin gündəmə gətirdiyi xəritədə əsas məqam Kürdüstan dövlətidir. ABŞ bu dövləti quraraq həmin dövlətdən Türkiyə, Suriya, İraq və İrana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq", - deyə Adıgözəl Məmmədov qeyd edib.

Politoloq İŞİD qruplaşmasının xüsusi xidmət orqanlarının diqtəsi ilə yarandığını bildirib:
"İŞİD-in yaranmasında böyük dövlətlərin marağı var, amma hazırda bu qruplaşma müəyyən mənada artıq ABŞ-ın maraqlarına qarşıdır ABŞ Suriyada öz siyasətini həyata keçirməkdə çətinliklə üzləşib. İŞİD taktiki bir gediş idi, Kobanidə baş verən hadisələr bunu əks etdirir".
Politoloqun sözlərinə görə, son baş verən hadisələr Rusiya-Türkiyə yaxınlaşmasına gətirib çıxarıb.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq təşkilatına qoşulmaq niyyətini açıq formada ifadə edib.

"Hesab edirəm ki, Türkiyə-Rusiya yaxınlaşmasının fonunda Ərdoğam manevr edərək Suriya və Bəşər Əsədə qarşı münasibətini dəyişəcək. Bütün baş verən hadisələrin konteksində bu, aydın görünür, çünki Türkiyənin partnyoru olan ABŞ hazırda Türkiyəyə qarşı düşmənçilik mövqeyi sərgiləyən dövlətlərlə əməkdaşlıq edir", - deyə politoloq vurğulayıb.

Xəyal Əzizov
AzNews.az