“İŞİD neft və narkotik satışından əldə etdiyi gəlir hesabına fəaliyyət göstərir”

"İslam dövləti" terror qruplaşması neft və narkotik satışından əldə etdiyi gəlir hesabına fəaliyyət göstərir.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Valday" beynəlxalq müzakirə klubunda Rusiya prezidenti Vladimir Putin deyib.

O qeyd edib ki, İŞİD nəzarət etdiyi ərazilərdə hasil etdiyi neftin nəqlini və satışını həyata keçirir. Bütün bunların xarici müdaxilə nəticəsində baş verdiyini deyən Rusiya prezidenti İraqda məhz Səddam Hüseynin devrilməsi nəticəsində ordunun dağıdıldığını misal çəkib.

"Siz bu ölkələri nəyə çevirirsiniz? İraq ordusunun on minlərlə zabiti silahlı qruplaşmalara üz tutub. Bəlkə, "İslam dövləti"nin döyüş qüdrəti bundan qaynaqlanır?", - deyə Putin vurğulayıb.