Dindarlar üçün xüsusi - TELEFON

Noyabrın sonunda Rusiyada müsəlmanlar üçün mobil telefon satışa çıxarılacaq.

"Media forum" saytının məlumatına görə, Rusiya Müsəlman Qadınları İttifaqının sədri Nailə Zqanşina jurnalistlərə deyib ki, "BQ İstanbul" adlı bu telefonların yaddaşına "Quran"ın ərəb və rus dillərində mətnləri yerləşdirilib. Menyü sadə olduğundan surələri tez tapıb oxumaq mümkündür.

Telefonda istifadəçini namaza çağıran zəng – "namaz zəngi" də olacaq. İstifadəçinin yerindən asılı olaraq telefon namaz vaxtını müəyyənləşdirib gündə beş dəfə bu barədə onu xəbərdar edəcək.