Ermənilər Sarkisyana qarşı ardıcıl mitinqlərə başladı - CANLI YAYIM

Ermənistanın "üç" partiya"dan ibarət ana müxalifəti prezident Serj Sərkisyana qarşı İrəvanın mərkəzində hər həftə kütləvi etiraz aksiyası keçirmək qərarına gəlib.

Musavat.com erməni elektron KİV-ə istinadən xəbər verir ki, artıq İrəvan meriyası müxalifətçi Erməni Milli Konqresinin icraçı katibi Samvel Abramyanın bu barədə xəbərdarlıq müraciətini qeydə alıb.

Növbəti mitinqlər oktyabrın 31, noyabrın 7-i və 14-də saat 16:00-dan 23:00-dək keçiriləcək. Xəbərdarlıqda yürüşlərin keçiriləcəyi də qeyd olunub.

Hazırda Azadlıq meydanında hökumət əleyhinə mitinq davam edir.