Bakıda şadlıq evlərindən birindən oğruluq edən şəxs saxlanılıb. Məlum olub ki, toya gələn xanımın mobil telefonuna elə şadlıq evinin ofisantı qənim kəsilibmiş. Bakıda şadlıq evlərindən birindən oğruluq edən şəxs saxlanılıb. Məlum olub ki, toya gələn xanımın mobil telefonuna elə şadlıq evinin ofisantı qənim kəsilibmiş.

Ofisiant qadının telefonunu oğurladı- VİDEO

Bakıda şadlıq evlərindən birindən oğruluq edən şəxs saxlanılıb. Məlum olub ki, toya gələn xanımın mobil telefonuna elə şadlıq evinin ofisantı qənim kəsilibmiş.


ANS TV-nin məlumatına görə, nəfsinə güc gələ bilməyən 22 yaşlı Abbasov Sadiq Sadiq oğlu oğurluqda şübhəli bilinir. Yaşadığı Ağsu rayonunda iş dalınca Bakıya gələn Sadiq ofisiant kimi restoranlarda işləməyə başlayıb. Qazandığı pulların böyük bir qismini ailəsinə göndərən Sadiq Abbasov son olaraq Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən şadlıq saraylarından birinə işə düzəlir. Cəmi iki gün həmin sarayda işləyən Sadiq, orada keçirilən toy mərasiminə qatılan Ayan Bəşirzadənin mobil telefonun oğurlayıb.

A.Bəşirzadə yaxınlarının toyunda oynayan zaman Sadiq digər masaya xidmət edib, bunların olmadığını görüb yaxınlaşıb masaya telefonu götürüb.

Bundan sonra bəhanə gətirərək işdən gedən Sadiq telefonu da özü ilə aparıb. Amma 24-cü polis bölməsinə edilən şikayət onun törətdiyi cinayət əməlini üstünün açılması ilə nəticələnib.

"Restarana dedilər ki, telefon oğurlanıb. Amma bunu özümə sığışdırmadım. Dedim ki, telefonu mən götürməmişəm, polis bu hadisəni araşdırsın. Telefonun sahibi polisə müraciət etdi. Polis də məni bölməyə gətirdi. Bölmədə dedim ki. telofonu mən götürmüşəm", deyə Sadiq Abbasov bildirib.

Bölmənin baş təhqiqatçisi Mehbalı Rzayevin sözlərinə görə, bu cur hadislərlə bağlı bölməyə daxil olan şikayətlər də araşdırılır. Sadiqin digər oxşar əməllərinin varlığlı bu araşdırmaların yekununda bəlli olacaq. Bundan əlavə onun barəsində toplanılan materiallar idarənin istintaq şöbəsinə göndəriləcək.