Sərhəd bölgəsində atəşkəsin tez-tez pozulması müəyyən çətinliklər yaratsa da, məktəbliləri təhsildən yayındırmır. Sərhəd bölgəsində atəşkəsin tez-tez pozulması müəyyən çətinliklər yaratsa da, məktəbliləri təhsildən yayındırmır.

Cəbhə xəttindən reportaj- VİDEO

Sərhəd bölgəsində atəşkəsin tez-tez pozulması müəyyən çətinliklər yaratsa da, məktəbliləri təhsildən yayındırmır.

Tovuzun cəbhəyanı kənd məktəbləri hər an təhlükə altında olsa da, şagirdlərin dərsə həvəsi azalmır.

Hacıalılı Tovuzun Ermənistanla sərhəd bölgəsində yerləşən kiçik bir kənddir.

ANS TV-nin məlumatına görə, bura qarşı tərəfdən tez-tez atəşə məruz qalır. Atəşkəsin pozulması ümumilikdə şərtləri çətinləşdirsə də, bölgədə həyatı ümumilikdə iflic edə bilmir. Sadə kəndlilər həmişə olduğu kimi öz qayğıları ilə məşğuldurlar. Müharibənin bu soyuq mərhələsindən isə ən çox əziyyət çəkən uşaqlardır.

Hacıaılı kənd tam orta məktəbində sinif otağının qarşı tərəfində hərbi post açıq-aydın görsənir. Çox guman ki, elə ordan da buranı hərbi texnikanın köməyi ilə rahat müşahidə etmək mümkündür. Buna baxmayaraq məktbədə tədris öz axarı ilə davam edir.

Burada şagirdlər az qala hər gün gördüyü güllələrin adlarını, silahın hissələrini əzbər bilirlər.

Kənd müəllimin sözlərinə görə, "F-1" qəlpəli əl qumbarası düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.

Orta məktəb şagirdi Orxan Mehralıyevin sözlərinə görə, elə günlər olur ki, səhərə qədər atışma davam edir: "Heç bir narahatçılığa əsas yoxdur. Bizi Azərbaycan ordusu kimi güclü ordu qoruyur. Biz dərslərimizə də gələcəyik və tədrisimizi yarıda qoymayacağıq".

Oğlanlarla yanaşı qızların da çağırışaqədərki hərbi hazırlığı fənninə marağının yüksək olduğunu müşahidə edirik. Onlar da belə demək mümkünsə, hərbləşmiş zonanın qaydalarına yaxşı bələddirlər.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da deyir ki, bu məktəbin müəllimləri şagirdləri, demək olar ki, güllə yağışının altında dərs keçirlər: "Məktəbin hər yerində divarda, pəncərədə biz güllə izlərinin şahidi olduq".

Açıq dərslərdə iştirak edən media nümayəndələri, şagirdlər və nümayəndələr döyüş bölgəsindəki hərbi hissədə oldular. Şagirdlər hərbi hissənin yeməkxanasında əsgər payından da daddılar.

Təhsil və Müdafiə Nazirliklərinin birgə təşkil etdiyi iki günlük səfər çərçivəsində media nümayəndələri Qazax rayonunun, Aslanbəyli və Çaylı kənd tam orta məktəblərində dərs prosesini izləyib, müəllim, şagird və kənd sakinləri ilə görüşüblər, hərbi hissələrdə olublar. Səfərin təşkilində məqsəd prezidentin sərəncamından sonra, cəbhə bölgəsində informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.