Futbol üzrə İspaniya La Liqasında 9-cu tura start verilib. Futbol üzrə İspaniya La Liqasında 9-cu tura start verilib.

Bu gün “Real“ “Barselona“nı sınağa çəkəcək - VİDEO

Futbol üzrə İspaniya La Liqasında 9-cu tura start verilib.



AzNews.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

"Selta Viqo" öz meydanında "Levante"ni qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
Bu gün daha beş oyun keçiriləcək. Turun ən maraqlı qarşılaşması isə Madriddə baş tutacaq. Burada əzəli rəqiblər "Real" və "Barselona" klubları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

24 oktyabr

İspaniya La Liqası, IX tur
"Selta Viqo" – "Levante" - 3:0
Qollar: Larrivey, 27; 83, Lopes, 90

25 oktyabr

19:00 "Almeriya" – "Atletik"
21:00 "Real" – "Barselona"
23:00 "Valensiya" – "Elçe"
01:00 "Kordoba" – "Real Sosyedad"
01:00 "Eybar" – "Qranada"

26 oktyabr

15:00 "Malaqa" – "Rayo Valyekano"
20:00 "Espanyol" – "Deportivo"
22:00 "Sevilya" – "Vilyarreal"