Qazaxda ötən gün axşam saatlarda yanğın hadisəsi qeydə alınıb. Qazaxda ötən gün axşam saatlarda yanğın hadisəsi qeydə alınıb.

Qazaxda 4 otaqlı ev yandı

Qazaxda ötən gün axşam saatlarda yanğın hadisəsi qeydə alınıb.



AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Nəticədə evin iki otağı 70 kv.m, dam örtüyü 15 kv.m sahədə yanıb. Yanğın nəticəsində evin sahibi müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Zərərçəkmiş yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.


AzNews.az