ABŞ prezidenti Barak Obama Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşərək İŞİD təşkilatına qarşı həyata keçirilən əməliyyatlardan danışıb. ABŞ prezidenti Barak Obama Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşərək İŞİD təşkilatına qarşı həyata keçirilən əməliyyatlardan danışıb.

Obama təcili Milli Təhlükəsizlik Şurasını topladı

ABŞ prezidenti Barak Obama Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşərək İŞİD təşkilatına qarşı həyata keçirilən əməliyyatlardan danışıb.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ağ Ev administrasiyası yayıb.

Məlumatda deyilir ki, toplantıda Barak Obama İraq və Suriyadakı siyasi vəziyyəti müzakirə edib, koalisiya qüvvələrinin İraq hərbçilərinə təlim keçirməsinin vacibliyinə toxunub.

ABŞ-ın Dövlət Departamentində reallaşan tədbirdə Obama ilə yanaşı dövlət katibi Con Kerri, vitse prezident Co Bayden, müdafiə naziri Çak Hagel, Baş qərargah rəisi Martin Dempsey, Milli Kəşfiyyatın rəhbəri Ceyms Klapper, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan, maliyyə naziri Jakob Lew, daxili təhlükəsizlik naziri Jeh Johnson, milli təhlükəsizlik üzrə müşavir Susan Rice, Obamanın köməkçisi Denis McDonough və Federal Təhqiqatlar Bürosunun başçısı James Comey iştirak edib.