Şamaxı şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Şamaxı şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Şamaxıda yol qəzası - Piyada öldü

Şamaxı şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.



APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərinin M.F.Axundov küçəsində qeydə alınıb.

"QAZ-52" markalı yük maşını həmin küçədəki 9 saylı mənzildə yaşayan 1988-ci il təvəllüdlü Mirzəyev Lətif Yaşar oğlunu öz evinin qarşısında vurub. Ağır bədən xəsarətləri alan Lətif Mirzəyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Şamaxı Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.