Baş prokuror Zakir Qaralov Tərtərdə vətəndaşları qəbul edəcək. Baş prokuror Zakir Qaralov Tərtərdə vətəndaşları qəbul edəcək.

Baş prokuror şikayətləri dinləyəcək

Baş prokuror Zakir Qaralov Tərtərdə vətəndaşları qəbul edəcək.



Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, oktyabrın 31-də saat 11:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Tərtər şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


AzNews.az