“Noyabrın ortalarında müayinə olunmaq üçün yenidən Türkiyəyə gedəcəm”. “Noyabrın ortalarında müayinə olunmaq üçün yenidən Türkiyəyə gedəcəm”.

Firudin Cəlilov: “Heç kim mənə baş çəkmir”

“Noyabrın ortalarında müayinə olunmaq üçün yenidən Türkiyəyə gedəcəm”.



Bunu AzNews.az-a açıqlamasında sabiq təhsil naziri Firudin Cəlilov deyib.

Hazırda özünü yaxşı hiss etdiyini deyən F.Cəlilov müalicəsinin ev şəraitində davam etdiyini bildirib: "Dərmanlar içirəm. Özüm də yaxşıyam, amma yenə də həkim nəzarətindən keçməliyəm".

"Dost-tanışlardan kimlər yanınıza gəlir?" sualına F.Cəlilovun cavabı belə olub: "Heç kim, amma arada görüşürük. Həyat belədir, bilinmir sonra nə olacaq".

Xatırladaq ki, F.Cəlilov ürək-damar xəstəliyindən əziyyət çəkir. O, bununla əlaqədar Türkiyədə əməliyyat keçirib.


Bahar RÜSTƏMLİ
AzNews.az