“Bir neçə gün bundan öncə vəzifədən uzaqlaşdırılan Azərbaycan Taekvondo Federasiyasının baş məşqçisi gələn həftə təyin olunacaq. Ələkbər İmaməliyevi əcnəbi məşqçi əvəzləyəcək”. “Bir neçə gün bundan öncə vəzifədən uzaqlaşdırılan Azərbaycan Taekvondo Federasiyasının baş məşqçisi gələn həftə təyin olunacaq. Ələkbər İmaməliyevi əcnəbi məşqçi əvəzləyəcək”.

Taekvondo Federasiyasına əcnəbi məşqçi gətiriləcək

“Bir neçə gün bundan öncə vəzifədən uzaqlaşdırılan Azərbaycan Taekvondo Federasiyasının baş məşqçisi gələn həftə təyin olunacaq. Ələkbər İmaməliyevi əcnəbi məşqçi əvəzləyəcək”.



Bu barədə AzNews.az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov açıqlama verib. O bildirib ki, bir neçə əcnəbi namizəd arasında seçim edilir.
Onun sözlərinə görə, seçim Cənubi-Koreyadan və İrandan olan məşqçilər arasında aparılır.

Azərbaycan Taekvondo Federasiyasının baş məşqçisinin adı gələn həftə açıqlanacaq.
Qeyd edək ki, Azərbaycan Taekvando Federasiyasının baş məşqçisi, taekvando üzrə yığma komandamızın rəhbəri Ələkbər İmaməliyev baş məşqçi postundan uzaqlaşdırılıb. Yığmanın gənclər üzrə məşqçisi Gündüz Abdullayev də vəzifəsindən kənarlaşdırılıb.

Gültəkin ƏLƏSGƏR
AzNews.az