Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları zamanı nümayəndə heyətlərinə və qonaqlara xidmət göstərəcək sürücülər müəyyənləşdirilir. Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları zamanı nümayəndə heyətlərinə və qonaqlara xidmət göstərəcək sürücülər müəyyənləşdirilir.

I Avropa Oyunları üçün sürücülərin seçimi aparılır

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları zamanı nümayəndə heyətlərinə və qonaqlara xidmət göstərəcək sürücülər müəyyənləşdirilir.



AzNews.az xəbər verir ki, bu barədə AzərTAc-a müsahibəsində məlumat verən Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yükdaşımalarının Təşkili İdarəsinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov qeyd edib ki, hazırda bununla bağlı nümunəvi sürücülərin siyahıları tərtib olunur. Bu sürücülər qabaqcadan müəyyən edilmiş marşrutlar üzrə avtobuslarda işləyəcəklər. Onlar üçün vahid geyim formasının hazırlanması da gündəmdə duran məsələlərdəndir.

Ə.Cəfərov bildirib ki, birinci Avropa Oyunları zamanı nümayəndə heyətlərinə və qonaqlara xidmət göstərmək üçün marşrut sxemləri müəyyənləşdirilib. Eyni zamanda, yarışların keçiriləcəyi ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün bəzi avtobus marşrutlarının hərəkət qrafikinə müvəqqəti dəyişiklik ediləcək. "Həmin marşrutlar ya qısaldılacaq, ya da istiqamətləri dəyişdiriləcək", - deyən Ə.Cəfərov birinci Avropa Oyunlarına hazırlıqla bağlı dekabr ayından etibarən daha intensiv iş aparılacağını diqqətə çatdırıb.