Tərtərdə bir neçə oğurluq hadisəsi törədən şəxs tutulub. Tərtərdə bir neçə oğurluq hadisəsi törədən şəxs tutulub.

Kabinetdən oğurluq etdi və tutuldu

Tərtərdə bir neçə oğurluq hadisəsi törədən şəxs tutulub.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.
Məlumatda deyilir ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəlbəcər rayon sakini Qurban Məhəmmədli şübhəli şəxs qismində saxlanılaraq Rayon Polis Şöbəsinə aparılıbvə üzərinə baxış zamanı 88 ədəd açar və 27 ədəd yaddaş kartı götürülüb.

Q. Məhəmmədlinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, cari ilin aprel - iyul ayları ərzində Tərtər şəhər İcra Nümayəndəliyinin inzibati binasında yerləşən rayon qeydiyyat şöbəsinin işçisi Elşən Quliyevin xidməti otağından 80 manat, yaddaş kartı, rayon Peşə Məktəbinin direktoru Faiq Məmmədovun xidməti otağından 500 manat, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Tərtər rayon şöbəsinin işçisi Nazim Səfərovun xidməti otağından 330 manat və yaddaş kartı oğurlaması müəyyən edilib.