Türkiyə hökuməti İstanbuldakı Kanada, Belçika, Almaniya konsulluqlarını onlara şübhəli sarı tozdan ibarət bağlama gəldiyi üçün təxliyə edib. Türkiyə hökuməti İstanbuldakı Kanada, Belçika, Almaniya konsulluqlarını onlara şübhəli sarı tozdan ibarət bağlama gəldiyi üçün təxliyə edib.

Türkiyədə “sarı toz” həyəcanı- 3 xarici konsulluq köçürüldü

Türkiyə hökuməti İstanbuldakı Kanada, Belçika, Almaniya konsulluqlarını onlara şübhəli sarı tozdan ibarət bağlama gəldiyi üçün təxliyə edib.

Musavat.com-un məlumatına görə, bu barədə "Associated Press" xəbər yayıb.

ABŞ konsulluğu da cümə günü analoji bağlama alıb. Ancaq bina hələ ki, təxliyə edilməyib.

Türkiyənin Fövqəladə Hallar Agentliyini rəsmisi Doğan Eskinatın sözlərinə görə, Kanada konsulluğundan paketi açan və görən 7 nəfər ehtiyat tədbiri kimi xəstəxanaya yerləşdirilib. Hökumət standart prosedur çərçivəsində həmçinin, toz nümunələrini test tədqiqat üçün göndərib.