Hindistanın baş naziri Narendra Modi ölkəni zibiliklərdən təmizləmək üçün qollarını çırmalamalı olub. Hindistanın baş naziri Narendra Modi ölkəni zibiliklərdən təmizləmək üçün qollarını çırmalamalı olub.

Hindistanın baş naziri küçə süpürür

Hindistanın baş naziri Narendra Modi ölkəni zibiliklərdən təmizləmək üçün qollarını çırmalamalı olub.

Əlinə süpürgə alan baş nazir paytaxt Dehlidə "MyCleanIndia" (Mənim təmiz Hindistanım) aksiyasına start verib. Hind xalqına müraciət edən millətçi baş nazir ölkənin zibilliklərdən təmizlənməsi üçün hər kəsin bu kampaniyaya baş vurmasını istəyib. Bu barədə Almaniyanın "Der Spiegel" jurnalı xəbər yayıb.

Baş nazirin YouTube-da və Facebook-da paylaşdığı həmin görüntülər xalq arasında rəğbətlə qarşılanıb. Baş nazirin təkidi ilə dövlət qulluqçuları bundan sonra ildə 100 saat ölkənin təmizlənməsi üçün əlinə süpürgə götürməli olacaq.

Cənab baş nazir deyib ki, ancaq dövlət qullquçuları ilə bu iş bitməz. Hindistanın 1,25 milyard əhalisi bu işə cəlb olunmalıdır. Onun status formasında paylaşdığı bu yazını 2 milyondan çox insan "like" edib. Tweeter-də isə onun 7 milyon izləyicisi var.

Qeyd edək ki, gigiyena baxımından Hindistan dünyanın ən geridə qalmış ölkələrindən sayılır. Bu ölkədə əhalinin 700 milyona yaxını tualetdən belə istifadə edə bilmir.

Musavat