"Dnepr"lə oyunda "Qarabağ"a dəstək vermək üçün Kiyevə səfər etmiş azərbaycanlı jurnalistlərlə "Olimpiya" stadionunun təhlükəsizlik xidməti əməkdaşlarları arasında gərgin anlar yaşanıb. "Dnepr"lə oyunda "Qarabağ"a dəstək vermək üçün Kiyevə səfər etmiş azərbaycanlı jurnalistlərlə "Olimpiya" stadionunun təhlükəsizlik xidməti əməkdaşlarları arasında gərgin anlar yaşanıb.

Azərbaycanlı jurnalistlər Kiyevdə bayraq davasına çıxdılar - Polislərlə qarşıdurma

"Dnepr"lə oyunda "Qarabağ"a dəstək vermək üçün Kiyevə səfər etmiş azərbaycanlı jurnalistlərlə "Olimpiya" stadionunun təhlükəsizlik xidməti əməkdaşlarları arasında gərgin anlar yaşanıb.



"AzerFax"ın Ukraynanın paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, stadiona giriş zamanı polislər jurnalistlərin daşıdığı böyük ölçülü Azərbaycan bayrağını onların əlindən zorla alıblar.

Bu hadisə azərbaycanlı jurnalistlərin etirazına səbəb olub. Uzun mübahisələrə baxmayaraq, dövlətimizin bayrağı saxlama kamerasına aparılıb.

Jurnalistlər Ukrayna polisinin Azərbaycan bayrağına qarşı hörmətsizliyini kəskin reksiya ilə qarşılayaraq, məsələyə stadion rəhbərliyi və mühafizə polisi komandir heyətinin qarışmasına nail olublar. Media təmsilçiləri bildiriblər ki, stadiona böyük ölçülü Ukrayna bayraqlarının keçirilməsinə icazə verildiyi halda Azərbaycan bayrağına görə belə bir qadağanın qoyulması nəinki qonaq komandanın azarkeşlərinə, bilavasitə Azərbaycan dövlətinə hörmətsizlikdir. Bu qadağanın hansı əsaslara söykənməsi barədə izahat tələb olunsa da polislər arqument tapa bilməyiblər.

Tanınmış jurnalist, Azərvaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun xüsusi fədakarlığı ilə müşayət olunan bayraq davası jurnalistlərimizin tələbinin yerinə yetirilməsilə nəticələnib. "Biz bu bayrağı saxlama kamerasında qoyub futbola baxa bilmərik. O həmişə bizimlə olmalıdır. Biz bayrağımıza xəyanət edərək, onun əşya kamerasına atıb getməyəcəyik. Bayraq mütləq qaytarılmalıdır" - deyə, C.Musaoğlu polislərin bu davranışına sərt münasibət bildirib. Bundan sonra polislər öz aralarında müzakirə apararaq, bayrağın stadiona keçirilməsinə icazə veriblər. Bununla da azərbaycanlı jurnalistlər Ukraynadakı zəfərin təməlini qoyublar.

Avropa Liqası qrup mərhələsinin III turu çərçivəsində Kiyevin "Olimpiya" stadionunda Dnepropetrovskinin "Dnepr" komandası ilə qarşılaşan Ağdamın "Qarabağ" klubu 0:1 hesabı ilə qalib gəlib. Qolu 21-ci dəqiqədə Muarem Muarem vurub.

Qeyd edək ki, jurnalistlərin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən dəstəklənib.