Futbol üzrə İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir. Futbol üzrə İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.

"Barselona" futbolçuları Madriddə uduzdu - VİDEO

Futbol üzrə İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.




AzNews.az xəbər verir ki, ən maraqlı matç Madrid şəhərində baş tutub. Bu dəfə əzəli rəqiblər olan "Real Madrid" və "Barselona" üz-üzə gəlib. Oyunda ilk sevinən tərəf 3-cü dəqiqədə kataloniyalılar olub.

Kasilyasın qapısına erkən qolu braziliyalı hücumçu Neymar vurub. Sonrakı qollar isə yerli komandanın oyunçularının adına yazılıb. Kriştiano Ronaldo (35-ci dəqiqə, penalti), Pepe (50-ci dəq.) və Kərim Benzema (61-ci dəq.) "Barselona"nı məyus etdi:3-1.