Milli Məclisin bugünkü iclasında qanun layihələrinin müzakirəsi zamanı spiker Oqtay Əsədov və deputat Zahid Oruc arasında mübahisə yaşanıb. Milli Məclisin bugünkü iclasında qanun layihələrinin müzakirəsi zamanı spiker Oqtay Əsədov və deputat Zahid Oruc arasında mübahisə yaşanıb.

Spikerlə deputat arasında mübahisə düşdü- VİDEO

Milli Məclisin bugünkü iclasında qanun layihələrinin müzakirəsi zamanı spiker Oqtay Əsədov və deputat Zahid Oruc arasında mübahisə yaşanıb.

AzNews.az xəbər verir ki, Oqtay Əsədov müzakirə zamanı Zahid Oruca çox danışdığı üçün irad tutub. Zahid Oruc mikrofonu söndürsə də spikerə yerindən cavab verib. Oqtay Əsədov isə ona yerindən danışmamağa çağırıb:

"Qulaq as. Söz güləşdirmə. Görürəm sənin çox güclü ideyaların var. Mən izah edirəm, amma sən başa düşmədin. Yerindən danışma dedim. Mən sənə söz verməyəcəyəm, sən də danışa bilməyəcəksən".


AzNews.az