27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilmiş, Qalib Salahzadənin Milli Məclisdə “Bələdiyyələrin statusu haqqında” Qanunun müzakirəsində səsləndirdiyi fikirlər ictimaiyyət arasında birmənalı qarşılanmayıb. 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilmiş, Qalib Salahzadənin Milli Məclisdə “Bələdiyyələrin statusu haqqında” Qanunun müzakirəsində səsləndirdiyi fikirlər ictimaiyyət arasında birmənalı qarşılanmayıb.

Qalib Salahzadənin fikirlərinə deputat həmkarlarından - MÜNASİBƏT

27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilmiş, Qalib Salahzadənin Milli Məclisdə “Bələdiyyələrin statusu haqqında” Qanunun müzakirəsində səsləndirdiyi fikirlər ictimaiyyət arasında birmənalı qarşılanmayıb.



Aktual.az xəbər verir ki, millət vəkili, deputat həmkarı Qüdrət Həsənquliyevin dediklərini müdafiə edərək bildirib ki, Bakı bələdiyyələrinin xəritəsinin olmaması torpaqla bağlı cinayətlərin meydana çıxmasına səbəb olur:

"Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır"- deyə Q. Salahzadə bildirib.

Hacı Qalib, çıxışında sensasion bir bəyanat da verib: "Artıq bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir. Sonra da deyirlər, kadr yoxdur. Kadr var, sadəcə, imkan vermirlər".

Yekunda isə o: "bir az cürətli danışdım, ancaq düz danışdım" - deyə əlavə edib.

Aktual.az olaraq, Qalib Salahzadənin "Bələdiyyələrin statusu haqqında" Qanunun müzakirəsində səsləndirdiyi fikirlərə deputat həmkarlarının münasibətini öyrəndik.

"Bələdiyyələrin özünün xəritəsi olmalıdır"

Fəzail İbrahimli:

"Bələdiyyələrin xəritələrinin olmasını mən də məqsədəuyğun hesab edirəm. Bələdiyyələrin əhatə dairəsi, idarə etdiyi sahələr məlumdur. Bunun rəsmi xəritədə olmasının mən də tərəfdarıyam. Digər məsələlərə gəlincə, bu barədə şərh vermək istəməzdim".


"Qalib müəllimin dedikləri təsdiqini taparsa..."

Fazil Mustafa:

"Deputat həmkarımızın fikrlərini şərh etmək doğru olmaz. Yəqin, hansısa fakta və ya mülahizəyə malikdir ki, belə bir fikir səsləndirib. Mənim bu barədə bir məlumatım yoxdur. Biz namizədlərimizi veririk. Nəticənin necə olacağı, hələ ki, bəlli deyil. Seçki başlayandan sonra belə hallar olarsa, Qalib müəllimin dedikləri təsdiqini taparsa, o zaman bu baərədə fikir söyləmək daha doğru olar. Biz, konkret olaraq, seçki prosesi ilə məşğuluq. Bələdiyyələrin statusu məsələsinə gəlincə, deyə bilərəm ki, bələdiyyələrlə bağlı dünən qəbul olunan qanuna etirazımızı bildirdik. Burada bələdiyyələrin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən fəaliyyətinin dayandırılması məsələsi görünməmiş bir hadisədir. Belə bir hal, ümumiyyətlə, nəzərdə tutula bilməz. Bu formanı niyə seçdilər, mənim üçün xeyli anlaşılmazdır. Buna görə də, bələdiyyələrin səlahiyyətləri, getdikcə, məhdudlaşır".

"Bu, onların rəhbərliklə münasibətlərindən qaynaqlarnır, yoxsa başqa səbəblərlə bağlıdır, deyə bilmərəm".

Zahid Oruc:

"Mən parlament üzvlərinin, sərbəst şəkildə, hər hansı bir mövqe bölüşməsinin tərəfindəyəm və onların müstəqil iradəsinə qarşı çıxılmaması istəyində olan insanam. Paralel şəkildə parlamentdəki müxtəlif xarakterli diskussiyalar cəmiyyətdə düşünülən, danışılan məsələlərin belə bir ortama gəlməsinə, eyni zamanda, ən yaxşı sənədlərin, qərarların hazırlanmasına şərait yaradır və.s.

Bələdiyyələrin statusu ilə əlaqəli görülmüş xeyli işlər var. Ancaq etiraf olunmalıdır ki, bunun oturuşması, cəmiyyət həyatına daha çox nüfuz etməsi üçün hələ çox addımlar atılmaldır. Bu, müxtəlif səlahiyyət bölgülərini tələb edir. Mülkiyyətin və müxtəlif xarakterli iqtisadi işlərin bələdiyyələrə verilməsi qarşıda mühüm bir iş kimi dayanır. Belə olan təqdirdə, indiki gerçəklikdə, bələdiyyələrin, bir çox hallarda, işinin qaneedici səviyyədə sayılmaması və yaxud onların icra orqanlarının təsirində olmasını qabartmaq başadüşülən haldır. Hesab edirəm, zamanla, bütün bu problemlər aradan qalxmış olacaq.

Hər hansı bir həmkarımın mövqeyini şərh etmək istəmirəm. Amma qarşıdakı seçkilərdə hansısa rayonlarda mənzərənin necə olduğunu deməkdə çətinlik çəkirəm. Bu, onların rəhbərliklə münasibətlərindən qaynaqlanır, yoxsa daha başqa səbəblərlə bağlıdır, deyə bilmərəm. Təmsil etdiyim bölgədə bu yöndə insanların seçkilərə hazırlıq proseslərinə start verdiyi barədə məlumatlıyam".


Məsələ ilə bağlı Sabunçu İcra Hakimiyyətindən Aktual.az-a bildiriblər ki, bələdiyyə seçkilərində seçicilər, müstəqil şəkildə, səsvermədə iştirak edib səs verirlər və seçkilərlə bağlı İH tərəfindən heç bir kənar müdaxilə həyata keçirilmir.