“Milli Məclisin sədri Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında yaranan mübahisələrlə bağlı Milli Məclisin İntizam Komissiyasına müraciət daxil olmayıb. “Milli Məclisin sədri Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında yaranan mübahisələrlə bağlı Milli Məclisin İntizam Komissiyasına müraciət daxil olmayıb.

“Milli Məclisdə mövzudan kənar məsələlərdən danışırıq”

“Milli Məclisin sədri Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında yaranan mübahisələrlə bağlı Milli Məclisin İntizam Komissiyasına müraciət daxil olmayıb.

Müraciət daxil olmadığı təqdirdə heç bir məsələyə baxa bilmərik".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, millət vəkili Siyavuş Novruzov deyib.

YAP-çı deputat vurğulayıb ki, Oqtay Əsədov Milli Məclisin sədridir, iclasları o idarə edir və o, hamını başa salır ki, yerindən danışmaq olmaz.

"Çox zaman mövzudan kənar məsələlərdən danışırıq. Məsələn, ikitərəfli dövlətlərarası konvensiya müzakirə olunur. Konvensiyadan danışmaq əvəzinə iki dövlət arasındakı münasibətlərdən danışırıq. Təbii ki, iclasın düzgün formada getməsindən ötrü irad tutulur. Ona görə də hesab edirəm ki, hər bir millət vəkili mövzu ətrafında çıxış etsə, daha aktual olar" - deyə Siyavuş Novruzov əlavə edib.


Gültəkin ƏLƏSGƏR
AzNews.az