“Gənclərə tövsiyyə edirəm ki, yalançı siyasətçilərə və onların yalançı vədlərinə inanmasınlar, onların arxasınca getməsinlər”. “Gənclərə tövsiyyə edirəm ki, yalançı siyasətçilərə və onların yalançı vədlərinə inanmasınlar, onların arxasınca getməsinlər”.

“Yalançı siyasətçilərə inanmayın” - Rasim Musabəyov

“Gənclərə tövsiyyə edirəm ki, yalançı siyasətçilərə və onların yalançı vədlərinə inanmasınlar, onların arxasınca getməsinlər”.



Bunu AzNews.az-a açıqlama verən millət vəkili Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, siyasətdə yeni addım atanlar xalqa populist vədlər verir.

"Misal üçün, maaşların, pensiyaların 5 dəfə artırılmasından danışırlar. "Qarabağı 3 həftəyə azad edəcəyəm" deyirlər. Belə çağırışlar, xüsusilə seçkilər zamanı səslənir. Bu gün ölkə başçısı İlham Əliyev də gənclərə səslənərək real vəd verənlərlə populist siyasətçiləri ayırd etməyi tövsiyə edib", - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı deyib ki, siyasətçilər məsuliyyətli olmalıdır, populist vədlər verən siyasətçilər xalq üçün həmişə problem yaradır.


Xəyal Əzizov
AzNews.az