Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 29-da ədliyyə naziri Fikrət Məmmədov Füzuli rayonunun Horadiz şəhərində Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 29-da ədliyyə naziri Fikrət Məmmədov Füzuli rayonunun Horadiz şəhərində Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Nazir məsul işçilərinə tapşırıqlar verdi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 29-da ədliyyə naziri Fikrət Məmmədov Füzuli rayonunun Horadiz şəhərində Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.


Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qəbula yazılış qabaqcadan başlanılaraq vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.

Qəbuldan əvvəl nazir F.Məmmədov və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Həmçinin Heydər Əliyev Mərkəzi ilə tanış olunub.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar Horadiz şəhərində bölgənin sakinləri, xüsusilə burada məskunlaşmış qaçqın və məcburi köçkünlərin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək ölkə Prezidentinin vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tələblərini diqqətə çatdıraraq aidiyyəti tövsiyə və tapşırıqlarını verib.