ABŞ dövlət katibinin mətbuat xidmətinin rəhbəri Cen Psaki İraq peşmərgələrinin Türkiyədən Suriyaya keçidlərini dəstəklədiklərini açıqlayıb. ABŞ dövlət katibinin mətbuat xidmətinin rəhbəri Cen Psaki İraq peşmərgələrinin Türkiyədən Suriyaya keçidlərini dəstəklədiklərini açıqlayıb.

ABŞ Türkiyəni dəstəklədiyini açıqladı

ABŞ dövlət katibinin mətbuat xidmətinin rəhbəri Cen Psaki İraq peşmərgələrinin Türkiyədən Suriyaya keçidlərini dəstəklədiklərini açıqlayıb.


AzNews.az xəbər verir ki, Cen Psaki bu haqda Vaşinqtonda təşkil edilən mətbuat konfransında deyib.

"Bu, nəticə olaraq Türkiyənin qərarıdır. Bu mövzuda biz onlara köməkçi olduq. Qərarı özləri verdilər, bunu ictimaiyyətə də açıqladılar", - deyə Cen Psaki əlavə edib.

Jurnalistin "ABŞ Türkiyənin Suriyaya əsgər yollamasını istəyirmi?" verdiyi suala Cen Psaki qəti cavab verməyib: "Bu mövzuda qərar vermək Türkiyənin öz işidir".

Pentaqonun spikeri admiral John Kirbi isə etdiyi açıqlamada vurğulayıb ki, həftələrdir davam edən avia zərbələrə baxmayaraq İŞİD öz sıralarına yeni yaraqlılar daxil edir, bu da İŞİD-lə mübarizənin uzun sürəcəyindən xəbər verir.