“Qərbi Afrikadakı Ebola epidemiyası dayandırılanadək ABŞ onunla mübarizə aparacaq”. “Qərbi Afrikadakı Ebola epidemiyası dayandırılanadək ABŞ onunla mübarizə aparacaq”.

Obamadan Ebola açıqlaması - VİDEO

“Qərbi Afrikadakı Ebola epidemiyası dayandırılanadək ABŞ onunla mübarizə aparacaq”.



AzNews.az xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib.

Prezident Barak Obama Ebola ilə mübarizə üçün könüllü olaraq Qərb Afrikaya getməyə hazırlaşan tibb işçiləri ilə Ağ Evdə bir mətbuat konfransı təşkil edib.

"Heç kim ABŞ-ın və ya başqa bir ölkənin hər hansı bir fövqəladə hadisələrlə rastlaşmayacağına zəmanət verə bilməz. Epidemiyanın qarşısını almaq və Amerikanın qorunması üçün bunun qaynağına getməliyik. Afrikaya gedəcək 69 tibb işçisinin cəsarətlərini alqışlayırıq", - deyə Ağ Evin başçısı vurğulayıb.

Barak Obama görüşün sonunda "Amerika heç bir zaman qorxu ilə üz-üzə gəlməkdən çəkinməyib" sözlərini dilə gətirib.