Dünən 61 yaşlı “qanuni oğru” Zaxariy Kalaşov Madriddən Rusiya paytaxtına gətirilib. Dünən 61 yaşlı “qanuni oğru” Zaxariy Kalaşov Madriddən Rusiya paytaxtına gətirilib.

Dünyanın 1 nömrəli “qanuni oğru”su azadlıqda– Avtoritetlər hesabat verəcək

Dünən 61 yaşlı “qanuni oğru” Zaxariy Kalaşov Madriddən Rusiya paytaxtına gətirilib.


O, kriminal aləmdə "Şakro Molodoy" kimi tanınır. AzNews.az xəbər verir ki, Moskvanın Domodedov hava limanında "qanuni oğru"nu Rusiya DİN-nin əməkdaşları qarşılayıblar. Buradan o, nazirliyin yüksək çinli məmurlarından biri ilə görüşə aparılıb.

Ehtimala görə, Şakronun qayıdışı ilə oğru qruplaşmalar arasındakı 7 ildir davam edən konflikt dayanacaq. Bildirilir ki, oğrular arasında fikir ayrılığı da, elə Şakronun həbsindən sonra, onun aktivlərinin bölünməsinə görə yaranıb. Bütün bu müddət ərzində İspaniya həbsxanasında təcrid olunan Kalaşov mübahisələrdə yer almayıb və heç bir tərəfə simpatiyasını ifadə etməyib. İndi isə Şakronu hər kəsin öz əməllərinə görə önündə cavab verəcəyi insan kimi görmək istəyirlər.

Qeyd edək ki, Zaxariy Kalaşov varis deyil. O, Ded Hasanın özündə təcəssüm etdirdiyi o kriminal imperiyanın tamhüquqlu sahibidir. Hətta Yaponçik və Ded Hasanın vaxtında da Şakro onlara avtoritetdə güzəşt etmirdi. Bu gün və ümumiyyətlə, oğru dünyasında Şakronun təsiri ilə müqayisə oluna biləcək fiqur yoxdur. Bununla yanaşı, digər "ağır qüvvələr"-Taro, Merab Suxumskiy, Laşa Rustavski və ya Badri Kutaisski həbsdədirlər. Bundan sonra ən az bir il də həbsdə qalacaqlar. Ona görə də, Şakronun hegemoniyası mübahisə doğurmayan və hər şeyi əhatə edən olmağı vəd edir.

Beləliklə, hər şey Şakronun özünün ambitsiyalarının nə qədər yüksək olmasından asılıdır. Onun həbsdə olduğu müddətdə oğru dünyasında patriarxları öz yollarından götürən qüvvələr meydana gəlib. Gözlənilir ki, onlar hətta Şakronun belə önündə dayanmayacaqlar. O da istisna olunmur ki, Şakro Rusiyanı tərk edəcək. Bununla da hökumətin üstünlük verdiyi şəxsə yolu açacaq. Təbii ki, bu şəxs Şakronun özü deyilsə.
Hələ ki, Şakro DİN-dən azad şəxs kimi çıxıb.

Aydan Axundova
AzNews.az