Böyük Britaniyada yaşayan bir qardaşın bacısını onlayn-hərraca çıxarması dünya mətbuatında heyrətlə qarşılanıb. Böyük Britaniyada yaşayan bir qardaşın bacısını onlayn-hərraca çıxarması dünya mətbuatında heyrətlə qarşılanıb.

Ebayda satılan qeyri-adi əşyalar - FOTO

Böyük Britaniyada yaşayan bir qardaşın bacısını onlayn-hərraca çıxarması dünya mətbuatında heyrətlə qarşılanıb.


Uelsin paytaxtı Kardifdə yaşayan Malem ailəsinin 28 yaşlı oğlu Kayl Malem dünyanın ən populyar onlayn-hərrac saytı olan "eBay"da özündən bir yaş balaca bacısı Semmini satışa çıxarıb. Bu günə kimi isə "eBay"da qeyri-adi satışlar həyata keçirilib.

AzNews.az onları təqdim edir:

"Qara Besti " beysbol dəyənəyi



İdman tarixinin ən dəyərli xatirəsi olan "" Qara Besti" dəyənəyi Ebay hərracında 577610 dollara satılıb. Bu beysbol dəyənəyi ilə 1910-cu illərdə Co Conson oynayıb. Conson beysbolun əfsanəsi hesab olunurdu.

Ferrari Ensto



2004-cü ildə İsveçrədən olan bir milyarder Ebay hərracından 1 milyon dollara Ferrari avtomobilini alıb. Bu Avropa ölkələrində Ebayın ən böyük satışı olub.

Honus Vaqnerin beysbol kartları



2000-ci ildə betsbol kartları kolleksiyaçısı Brayn Zigel 1,1 milyon dollara Honus Vaqnerin 1909-cu ildə American Tobacco Company şirkəti tərəfindən istehsal edilmiş T206 nömrəli beysbol kartını alıb.

Kaliforniya, Bricvill



Kaliforniyanın Bricvill şəhəri üç dəfə hərraca çıxarılıb. 2006-cı ildə ərazinin sahibi şəhəri 1, 75 milyon dollar məbləğində hərraca çıxarılıb. 2007-ci ildə şəhərin növbəti sahibi Bricvilli bir neçə ay ərzində 1,3 milyona satmağa çalışıb.

Atlas Fraket bazası



Şəhərlərdən savayı, ebay hərracında həmçinin raket bazalarını da əldə etmək olar. 2002-ci ildə istismardan çıxmış raket bazası 2,1 milyon dollara məxfi saxlanılan şəxsə satılıb. İlkin olaraq bu raket bazasından bunkerlər var idi, daha sonra isə raket bazasının yerinə dəbdəbəli villa inşa edilib və hərracda satılıb.

Uorren Baffet ilə nahar



Ebay hərracında material əşyalardan savayı, mənəvi "dəyərlərə" də rast gəlmək olar. Məsələn, Uorren Baffet ilə nahar. 2010-cu ildə şəxsiyyəti anonim saxlanılan bir nəfər 2,6 milyon dollar ödəyərək Uorren baffet ilə nahar etmək imkanı qazanıb.

Qolfstrim 2 təyyarəsi



2001-ci ildə dəbdəbəli Qolfstrim 2 təyyarəsi Ebay hərracında 4,9 milyon dollara satılıb.

ABŞ Hərbi Donanma Güclərinin F/A-18A Hornet reaktiv təyyarəsi



2004-cü ildə F/A-18A Hornet təyyarəsi hərraca çıxarılıb və 1 milyon dollardan çox pula satılıb.

Yaxta



Ebay hərracında ən bahalı satış 2005-ci ildə baş tutub. Həmin il 140 milyon dollar məxfi alıcıya 123 metrlik yaxta satılıb. Bu yaxt Frank Madlerin layihəsi üzərində düzəldilib. Yaxtada 10 lüks və 8 qonaq otağı var. Yaxtın göyərtəsində həmçinin gözəllik salonu, şəxsi hamam otağı, fitnes zal, təyyarə üçün qaraj var.

Meteor



Hətta Ebayda göy cismlərinə kimi satışa çıxarılıb. 1962-ci ildə Nigeriyaya düşən meteor 2006-ci ildə nə az, nə çox 450.000 dollara satılıb.

Gültəkin Ələsgər
AzNews.az