“SSSR” adlı diet Rusiyanın məşhur müğənnisi Alla Puqaçovanı 20 kiloqram arıqladıb”. “SSSR” adlı diet Rusiyanın məşhur müğənnisi Alla Puqaçovanı 20 kiloqram arıqladıb”.

“SSSR” dieti Puqaçovanı arıqlatdı

“SSSR” adlı diet Rusiyanın məşhur müğənnisi Alla Puqaçovanı 20 kiloqram arıqladıb”.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Primadonnanın ən yaxın rəfiqəsi, iş adamı Alina Redel "Komsomolskaya Pravda" qəzetinə müsahibə verərkən deyib.

Onun sözlərinə görə, Alla Puqaçova arıqlamaq üçün unikal üsul fikirləşib.

"O, hazırda yaxşı formadadır. Əri və uşaqları ilə xoşbəxtdir. Arıqlamaq üçün də yeni diet hazırlayıb. Dietin adını isə keçmiş "SSSR" (Azərbaycan dilində SSRİ) dövlətinin abbreviaturasından götürüb. O, şirin ("Sladkoye"), duzlu ("Solyenoye") yeməkdən və kərə yağından ("Sdodnoye") imtina edib. Və yalnız gün ərzində ("Razqruzoçnıy den") yüngül tərəvəzli şorba içir. Həmin sözlərin ilk hərfləri "SSSR" sözünü yaradır. Ancaq müğənni bayram süfrəsində tort yeməkdən də imtina etmir. Bütün bunlar ona yaxşı forma saxlamağa kömək edir", - deyə iş adamı bildirib.


AzNews.az