Tovuzun “Turan” klubunun sabiq futbolçusu Valeriy Onile Moldova mətbuatına müsahibəsində 2009-cu il dekabrın 5-də Azərbaycan çempionatında “Neftçi”yə qarşı görüşdə bilərəkdən məğlub olduqlarını etiraf edib. Tovuzun “Turan” klubunun sabiq futbolçusu Valeriy Onile Moldova mətbuatına müsahibəsində 2009-cu il dekabrın 5-də Azərbaycan çempionatında “Neftçi”yə qarşı görüşdə bilərəkdən məğlub olduqlarını etiraf edib.

Gündüz Abbaszadə: “Dəli quyuya bir daş atıb”

Tovuzun “Turan” klubunun sabiq futbolçusu Valeriy Onile Moldova mətbuatına müsahibəsində 2009-cu il dekabrın 5-də Azərbaycan çempionatında “Neftçi”yə qarşı görüşdə bilərəkdən məğlub olduqlarını etiraf edib.


Sportpress.az onun müsahibəsindən şok etirafları təqdim edir: "Tovuzda oynadığımız zaman "Neftçi"nin sabiq çalışdırıcısı bizdə baş məşqçi idi. Təsəvvür edin, onun çempionluğa oynayan keçmiş komandası Tovuzda qonağımızdır. Bizə heç kim əvvəlcədən oyunu verməli olduğumuzu demədi. Amma start heyət şübhəli idi. Çünki, ilk dəqiqələrdən əvəzedicilərin futbolçularını, daim ehtiyatda qalanları meydana buraxdılar. İlk hissədən sonra hesab 2-0 bizim xeyrimizə idi. Soyunub-geyinmə otağında baş məşqçimiz dedi ki, ona kömək edək. O, bizdən "Neftçi"yə uduzmağı xahiş etdi. Belə də dedi: "Kömək edin, bu gün uduzmaq lazımdır. Amma mükafat da olmayacaq".

Nəticədə biz 2-3 hesabıyla uduzduq. Təcrübəli futbolçular meydana çıxmaqdan imtina etdilər. Onlar bu "şou" da iştirak etmək istəmədiklərini məşqçiylə mübahisə etməklə bildirdilər."

AzNews.az-a açıqlama verən "Neftçi" futbol klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə moldovalı futbolçunun bu dediklərini cəfəngiyyat adlandırdı:
"2009-cu ildə mən ANS V-nin əməkdaşı olmuşam, moldovalı futbolçunun bu fikrinə münasibət bildirməli olsam, onda gərək, 1960-1970- ci illərdə olan söz-söhbətlər barədə də danışam. İndi dəli quyuya bir daş atıb. Nəzərnizə çatdırım ki, bu gün "Neftçi" klubunun rəhbərliyində təmsil olunan bütün heyyət 2009-cu ildə klubda deyildi.


Xəyal Əzizov
AzNews.az