Nəsimi Rayon Məhkəməsində Daxili İşlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Nəsimi Rayon Məhkəməsində Daxili İşlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Ramil Usubov Eldəniz Quliyevə cəza verdirdi – HÖKM

Nəsimi Rayon Məhkəməsində Daxili İşlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Bu barədə AzNews.az-a məlumat verən Eldəniz Quliyev bildirib ki, məhkəmə ona cəza kəsib: "Məhkəmə məni 480 saat müddətində ictimai işlərə cəlb olunma və 1000 manat cərimələməsi ilə bağlı hökm oxudu".

Təqsirləndirilən şəxs onu da əlavə edib ki, məhkəmənin hökmü yerinə yetirilənə qədər onun haqqında ölkəni tərk etməmək barədə qərar qüvvədə qalacaq.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bundan sonra R.Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az