Minsk şəhərində Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun (BQDXDƏTF) Direktorlar Şurasının 13-cü iclası keçirilib. Minsk şəhərində Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun (BQDXDƏTF) Direktorlar Şurasının 13-cü iclası keçirilib.

Prezidentlərinin təşəbbüsü ilə yaradılan fond toplandi - FOTO

Minsk şəhərində Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun (BQDXDƏTF) Direktorlar Şurasının 13-cü iclası keçirilib.



AzNews.az xəbər verir ki, tədbirdə 32 dövlətdən Fondun nümayəndələri, Belorusun yüksək çinli rəsmiləri, diplomatik korpusların, qeyri hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İclasın gündəliyinə regiona aid mühüm mövzular və BQDXDƏTF-nun inkişaf perspektivləri daxil edilib. Xüsusi diqqət Minsk şəhərində yaradılacaq industrial-innovasiya layihəsinin inkişafı və reallaşmasına ayrılıb. Bu layihə ən yüksək dairələrdə, xüsusilə də, şəxsən Belarus prezidenti A.Q.Lukaşenko tərəfindən müsbət qarşılanıb.
İclasa Fondun prezidenti İsmail Səfi, vitse-prezidentləri Viktor Xmarin, Çingiz Abdullayev və Eldar Həsənov sədrlik edirdilər.

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov tədbirdə çıxış edərək fondun fəaliyyətinin region üçün əhəmiyyətindən danışıb.

Tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, sədr müavini Murad Cəfərov, Diaspora TV-nin rəhbəri Elmar Məlikov iştirak ediblər.
Direktorlar Şurasında Ukraynanı təmsil edən Dimitro Kulibaba Ukrayna ilə bağlı məruzə ilə çıxış edib.

Xatırladaq ki, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondu 2009-cu il, 4 mart tarixində Buxarestdə, Azərbaycan və Rumıniya prezidentlərinin təşəbbüsü ilə yaradılıb.

Təşkilatın Direktorlar Şurası 20 ölkədən olan siyasətçilər, diplomatlar, professorlardan ibarətdir.
image description image description image description image description