Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa prezidentinin böyük sülh sazişinin layihəsi üzərində işə başlamağın zəruriliyindən danışıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa prezidentinin böyük sülh sazişinin layihəsi üzərində işə başlamağın zəruriliyindən danışıb.

Paris görüşü Bakı və İrəvanda müsbət qarşılandı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa prezidentinin böyük sülh sazişinin layihəsi üzərində işə başlamağın zəruriliyindən danışıb.



AzNews.az xəbər verir ki, Cənab Məmmədyarov prezidentlər səviyyəsində hər bir görüşün müsbət olduğunu qeyd edib:

"Bu kimi görüşlər münaqişənin həlli prosesini irəli aparmaq məqsədilə qarşı tərəfin yanaşmasını başa düşməyə yardım göstərir. Prezident İlham Əliyev bir daha Azərbaycanın prinsipial mövqeyini səsləndirərək qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına nail olmaq lazımdır. Bu tələbin yerinə yetirilməsi regionda təhlükəsizlik, sərhəd və kommunikasiyaların açılması və etimad tədbirlərinin razılaşdırılmasına yol aça bilər. Ermənistan qoşunları Azərbaycan ərazilərində olmadığı halda, snayperlərə ehtiyac qalmayacaq və hərbi insidentlər əsaslı şəkildə azalacaq", - deyə nazir vurğulayıb.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Fransa prezidentinin vasitəçiliyilə Parisdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşü müsbət qiymətləndirib.

"Mən bu görüşü konstruktiv, faydalı və səmimi kimi səciyyələndirərdim. Prezidentlərin görüşü əsnasında bir sıra regional və beynəlxalq məsələləri də müzakirə etmək imkanı olub. Bu müzakirələr göstərir ki, müəyyən məsələlər üzrə Ermənistanla Azərbaycanın mövqeləri yaxın ola bilər", - deyə Nalbandyan əlavə edib.

Qeyd edək ki, 2008-ci ildən bəri Ermənistan və Azərbaycan prezidentləri səviyyəsində 17 görüş baş verib.


AzNews.az