Ukraynaya qaz təchizatı ilə bağlı Rusiya, Ukrayna və Avropa Komissiyası nümayəndələri arasında 12 saat ərzində davam edən üçtərəfli danışıqlar nəticəsiz başa çatıb. Ukraynaya qaz təchizatı ilə bağlı Rusiya, Ukrayna və Avropa Komissiyası nümayəndələri arasında 12 saat ərzində davam edən üçtərəfli danışıqlar nəticəsiz başa çatıb.

“Pul olacaqsa - qaz da olacaq”

Ukraynaya qaz təchizatı ilə bağlı Rusiya, Ukrayna və Avropa Komissiyası nümayəndələri arasında 12 saat ərzində davam edən üçtərəfli danışıqlar nəticəsiz başa çatıb.



AzNews.az BBC-yə istinadən xəbər verir ki,Brüsseldə keçən görüşün yekunlarını şərh edən Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller deyib ki, Avropa Komissiyası ilə Ukrayna arasında qaz təchizatına dair maliyyə zəmanətləri barədə ikitərəfli protokol əldə olunmazsa, yeni danışıqlara başlamaq mənasızdır.

İyun ayında Kiyevin qaz borcunu ödəmədiyini deyən "Qazprom" Ukraynaya təchizatı dayandırıb.

Kiyev Donbas bölgəsində münaqişənin kəskinləşməsinə təsadüf edən qərarın siyasi motivli olduğunu hesab edir.

Moskvada məsələnin sırf iqtisadi maraqlara əsaslandığını deyirlər.
Rusiyanın energetika naziri deyib ki, Ukrayna borcun ödəniləcəyini bildirən və 4 milyard kubmetr qaza əvvəlcədən ödənişi təsdiqləyən yazılı zəmanət təqdim etməyib.
"Bu gün Ukrayna bu vəsaitləri tapacağını deyib. Hərçənd ki, söhbət zəmanətlər yox, şifahi bəyanatlardan gedir, çünki anladığınız kimi, bizə bü gün heç bir yazılı zəmanət təqdim olunmayıb. Pul olacaqsa - qaz da olacaq", - deyən Sergey Novak fikrini tamamlayıb.

Qazın qiyməti ilə bağlı 2006-cı və 2008-2009-cu illərdəki Rusiya-Ukrayna mübahisəsi Avropanın qaz təchizatına təsir göstərmişdi.

Avropa ölkələrinə ötürülən Rusiya qazının 70 faizinə qədəri Ukrayna ərazisindəki böru kəmərləri vasitəsilə nəql olunur.